XƏBƏRLƏR

İtaliyanın Ka’Foskari Universiteti tələbə qəbulunu açıq elan edir

14 fevral, 2024

Beynəlxalq əlaqələr şöbəsinin elanı!

 

İtaliyanın Ka’Foskari Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində 2024-2025-ci tədris ilinin payız semestri üçün magistratura pilləsi üzrə tələbə qəbulunu açıq elan edir.

 

Tələbələr üçün tələb olunan sənədlər:

  1. Tövsiyyə məktubu (1 ədəd)
  2. Motivasiya məktubu
  3. Akademik transkript
  4. Dil sertifikatı (İtalyan və/və ya ingilis dili üzrə minimum B2 səviyyə)
  5. Əlavə dil sertifikatları (əgər varsa)
  6. Tədqiqat planı
  7. Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd
  8. CV (Avropa formatında, ingilis dilində)
  9. Şəxsiyyət vəsiqəsinin və  pasportun nüsxəsi
  10. Universitetin tələbəsi olduğuna dair arayış

                    

Qeyd: İmtiyazlı tələbələrə (valideyninin birini və ya hər ikisini itirmiş, qazi və şəhid övladları, fiziki məhdudiyyətli, maddi vəziyyəti çətin olan və s.) üstünlük veriləcək.

 

Sənədlərin göndərilməsi üçün son tarix: 18/03/2024

 

Sənədləri həm elektron şəkildə (international.relations@adu.edu.az), həm də sənəd şəklində Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməyiniz xahiş olunur.