XƏBƏRLƏR

Elmi tədqiqat fəaliyyətinin təşviqi və keyfiyyətinin yüksəldilməsi məsələləri ilə bağlı iclas keçirilib

14 fevral, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi işlər üzrə prorektoru, prof. Novruz Məmmədov, Tədris məsələləri üzrə prorektoru, dos. Kifayət Hacıyeva, Rektorun maddi-texniki və maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyeva, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri, dos. Vüsalə Ağabəyli, Kadrlar şöbəsinin müdiri dos. Məmməd İsmayılov, Elm şöbəsinin müdiri, dos. İmanova Sevda və Hüquqşünas Əli Mustafayevin iştirakı ilə ADU-da  elmi tədqiqat fəaliyyətinin təşviqi və keyfiyyətinin yüksəldilməsi məsələləri haqqında  iclas keçirilib.

İclasda ADU-nun elmi tədqiqat strategiyasının hədəflərə uyğunluğu, elmi tədqiqat işlərinin daha aktual mövzulara həsr edilməsi, digər ölkələrin universitetləri ilə birgə tədqiqat aparmaq imkanının araşdırılması, klassik əsərlərin tərcüməsi, plagiat hallarının aradan qaldırılması, həmçinin, xarici indeksli jurnallarda məqalə çapına kömək məqsədilə əməkdaşlara mükafatların verilməsi məsələləri müzakirə olunub.