XƏBƏRLƏR

ADU-nun müəllimləri “Bitməyən əzab” filmini fransız dilinə tərcümə ediblər

19 mart, 2020

Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Disaporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihə əsasında lentə alınan “Bitməyən əzab” filmini fransız dilinə tərcümə  olunub. Ekran əsərinin fransız dilinə tərcüməçisi Azərbaycan Dillər Universitetinin (ADU) Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məhəmməd İsmayılov, səsləndirən isə ADU-nun Frankofoniya mərkəzinin baş mütəxəssisi Bəyaz Hüseyndir.

Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin rəhbəri Rada Abbasova tərəfindən ərsəyə gətirilən film erməni silahlı birləşmələri tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törədilən ağlasığmaz vəhşilikləri, qətl və işgəncə faktlarını əks etdirir.

Ekran əsərinin ssenari müəllifi Etibar Məmmədov, operatoru Ramin Şahbazov, redaktoru Büllur Cavadqızı, məsləhətçisi Elməddin Behbuddur.