XƏBƏRLƏR

ADU-da yaradılan komissiyanın növbəti iclası keçirilib

12 fevral, 2024

Fevralın 12-də Azərbaycan Dillər Universitetində təcrübələrin yekun hesabatlarının hazırlanması və qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın növbəti iclası keçirilib.

İclasda “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrin ixtisas üzrə təcrübə keçmə qaydası”ndan irəli gələn məsələlərin həlli, təcrübədə olan tələbələrin qiymətləndirmə meyarlarının hazırlıq vəziyyəti, magistratura səviyyəsində təcrübənin təşkili, pedaqoji ixtisaslarda təcrübənin auditor hesab olunmasının zəruriliyi məsələləri müzakirə olunub.