XƏBƏRLƏR

ADU-da növbəti “dəyirmi masa” keçirilib

12 dekabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Pedaqogika kafedrasının müdiri, dosent N.Zeynalovanın təşəbbüsü ilə Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri dosent F.Qurbanzadə, Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri A.Kazımova, H.Ağayeva və Pedaqogika kafedrasının saathesabı müəllimi, təhsil ekperti R.Mehdiyevanın iştirakı ilə “dəyirmi masa” keçirilmişdir. Görüşdə İmtahan tapşırıqlarının hazırlanması meyarları, İmtahan tapşırıqlarının qiymətləndirilməsi meyarları, Tələbənin gündəlik cavablarının qiymətləndirilməsi meyarları istiqamətində geniş müzakirə aparılmışdır. Dosent N.Zeynalova bildirmişdir ki, təhsil standartlarında müəyyənləşdirilmiş kompetensiyaların formalaşdırılması son dərəcədə önəmli məsələdir. Müəyyən olunmuş standartlar üzrə qiymətləndirmə meyarları təhsil proqramları və sillabuslarda qeyd edilən təlim nəticələri ilə mütləq uyğunluq təşkil etməli, təhsilalanların inkişafına birbaşa zəmin yaratmalı, məzunların gələcəkdə əmək bazarında rəqabətə davam gətirməsinə, karyera imkanlarının genişlənməsinə, müasir dövrün dinamik tələblərinə uyğunlaşmasına təkan verməlidir.

Müzakirə zamanı müəllimlər tərəfindən fikir mübadiləsi aparılmış, həm kafedralar, həm müvafiq dekanlıqlar, həm də Biliyin qiymətləndirilməsi şöbəsinin növbəti semestr üçün fəaliyyət planının hazırlaması və cari, aralıq qiymətləndirmə üzrə indikatorların müəyyənləşməsi qərara alınmışdır.