XƏBƏRLƏR

 ADU-nun Pedaqogika kafedrası, Əlavə təhsil, təcrübə və karyera və Keyfiyyətin təminatı və monitorinq şöbələrinin görüşü keçirilib

23 oktyabr, 2023

 23 oktyabr 2023-cü il tarixində  ADU-nun Pedaqogika kafedrası, Əlavə təhsil, təcrübə və karyera və Keyfiyyətin təminatı və monitorinq şöbələrinin görüşü keçirilmişdir. Görüşdə İbtidai sinif müəllimliyi Təhsil proqramı üzrə kadr hazırlığının vəziyyəti, mövcud problemlər və nailiyyətlər haqqında fikir mübadiləsi aparılmışdır. Müzakirə zamanı təhsilalanlarda təhsil müddətinin sonunda formalaşan kompetensiyaların ixtisas üzrə təhsil standartlarında müəyyəтləşdirilmiş kompetensiyalara və əmək bazarının tələblərinə uyğunluğu, maddi-texniki baza, pedaqoji heyətin peşэkarlıq səviyyəsi və s. məsələlər əhatə olunmuşdur. Görüşün nəticəsi olaraq mövcud problemlərin aradan qaldırılması yolları nəzərdən keçirilmiş, müvafiq qərarlar qəbul edilib.