XƏBƏRLƏR

Pedaqoji təcrübəyə həsr olunmuş təlim keçirilib

08 fevral, 2024

  Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası tərəfindən Pedaqoji təcrübəyə həsr olunmuş “Pedaqoji təcrübə: Uğurlar, hazırlıqlar, perspektivlər” adlı təlim keçirilib.

Qonaq qismində ADU-nun Filologiya fakültəsinin dekanı fil.f.d., prof. Şahin Xəlilli və pedaqoji təcrübə üzrə dərs yükü yerinə yetirəcək kafedraların gənc  əməkdaşları iştirak ediblər.

Təlimi giriş sözu ilə Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri ped.f.d., dos. Sevinc Hüseynova açıb.

Təlimdə çıxış edən fil.f.d., b/m Nuriyyə Əliyeva, fil.f.d., dos. Qələmşah Heybətov, ped.f.d., dos. Jalə Mehrəliyeva və fil.f.d.,dos. Səfurə Cəfərova “Pedaqoji təcrübədə uğurlar və perspektivlər”, “Pedaqoji təcrübənin təşkili və aparılmasında tələbələrin pedaqoji təcrübəyə hazırlığı”, “Pedaqoji təcrübənin məqsədi və vəzifələri”, “Orta məktəb və universitet əməkdaşlığı”, “Tələbə-şagird konfransları”, “Pedaqoji təcrübədən gözlənilən təlim nəticələri”, Cəmiyyətdə müəllimin rolu və müəllim hazırlığında pedaqoji təcrübənin rolu”, “Dərslərin təşkili zamanı qarşıya çıxan çatışmazlıqlar”, “Pedaqoji təcrübə müddətində sənədlərin hazırlanması (jurnal, gündəlik, tədbirlər, stendlər və divar qəzetləri, hesabatlar) və davamiyyət balının hesablanması” mövzularına toxunublar.

 

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.