XƏBƏRLƏR

“Eksperimental fonetika: Dil materialının “PRAAT” kompüter proqramı vasitəsi ilə tədqiqi” adlı seminar keçirilib

06 fevral, 2024

Fevralın 2-də ADU-nun muzey-lektoriyasında Ümumi dilçilik kafedrasının dosenti Cəmil Babayevin “Eksperimental fonetika: Dil materialının “PRAAT” kompüter proqramı vasitəsi ilə tədqiqi” adlı seminarı keçirilib.

Məruzəçi eksperiment üçün dil materialı və  diktorların seçilməsi prinsipləri barədə ətraflı məlumat verib. Daha sonra o, dil materialının “PRAAT” kömpüter proqramında tədqiqini əyani şəkildə nümayiş etdirib.