XƏBƏRLƏR

ADU-nun əməkdaşları Moskvada işgüzar səfərdə olublar

05 fevral, 2024

  Azərbaycan Dillər Universitetinin (ADU)  Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, f.f.d., prof. Ülfət İbrahim və həmin kafedranın müəllimi İmran Quliyev 29.01.24-01.02.24 tarixlərdə Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən dünyaca nüfuzlu MGİMO (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) universitetində baş tutan xarici dil müəllimlərinin ixtisasartırma kurslarında iştirak edərək sertifikatlara layiq görülüblər.

 Bildirilib ki, sözügedən ixtisasartırma seminarında Mərakeş, Əlcəzair, Benin, Vyetnam, Laos, Kamboca, Kongo, Burkina-Faso, Senegal, Serbiya, Qazaxıstan, Fransa, Tunis, Almaniya, Kanada və Rusiyanın müxtəlif vilayətlərindən 200 dən çox universitetin professor-müəllim heyəti tədbirə canlı qoşulub. Həmin mötəbər tədbirlə bağlı dünyanın bir sıra kütləvi informasiya vasitələri reportaj hazırlanıb. Yayımlanan reportajlarda mövcud mürəkkəb dönəmə baxmayaraq elmi-humanitar tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib.

Tədbir zamanı bir sıra paytaxt və əyalət universitet rəhbərləri ilə məhsuldar görüşlər keçirilib, ADU ilə həmin universitetlərin gələcək əməkdaşlıqları müzakirə edilib.

Səfər müddətində RUDN (Rusiya Xalqlar Dostluğu Univesiteti) rəhbərliyi tərəfindən Ülfət İbrahim və İmran Quliyevin Arvopada aldıqları təhsil rəhbər tutularaq, onların Rusiya universitetlərində ustad dərslərinin təşkil edilməsi təklifi, ölkənin digər universitetləri tərəfindən də rəğbətlə qarşılanıb.