ADU-da dəyimi masa ətrafında müzakirə keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Tədris işləri üzrə prorektor, dosent Kifayət Hacıyevanın təşəbbüsü, Tədris departamentinin müdiri Şəfəq Şahməmmədova, Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri Vüsalə Ağabəyli və kafedra müdirlərinin iştirakı ilə ADU-da Dil bacarıqları fənnini tədris edən kafedraları dəyimi masa ətrafında müzakirəyə toplanıblar.
Görüşün məqsədi haqqında məlumat verən K. Hacıyeva çıxışında bu il ilk dəfə mərkəzləşmiş imtahanların təşkil olunduğunu qeyd edib və növbəti semestr üçün Dil bacarıqları fənni üzrə tədris prosesinə hazırlıqla bağlı ortaq dərslik və dərs vəsaitlərinin tədris olunmasını tövsiyə edib.
Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri Vüsalə Ağabəyli çıxış edərək bildirib ki, müəllimin yanaşması və metodları fərqli olsa da, eyniadlı fənnin məqsədi və təlim nəticələri bütün müəllimlərin sillubusunda eyni olmalıdır.
Tədris departamentinin müdiri Şəfəq Şahməmmədova isə çıxışında ADU-nun ölkədə dil mütəxəssisi yetişdirən ən aparıcı universitetlərdən birini olduğunu vurğulayaraq, seçilən dərs vəsaitlərinin keyfiyyətli olduğunu bildirib.
Müzakirə zamanı kafedra müdirləri və kurslar üzrə bölmə rəhbərləri tərəfindən fikir mübadiləsi aparılıb. Bildirilib ki, kafedraların əməkdaşlıq çərçivəsində sistemli olaraq növbəti semestr üçün fəaliyyəti planlaşdırılmışdır.