XƏBƏRLƏR

ADU-da dəyirmi masa keçirilib

30 yanvar, 2024

22  dekabr 2023-cü il tarixində Əlavə təhsil, təcrübə və karyera şöbəsinin  təşkilatçılığı ilə  “ADU-nun  İbtidai sinif müəllimliyi ixtisası üzrə tələbələrinin əmək bazarına inteqrasiyası” mövzusunda  dəyirmi  masa  keçirilib. Görüşdə  ADU-nun Pedaqogika Kafedrasının müdiri dos. N.Zeynalova,   Psixologiya  kafedrasının müdiri dos. C.Alıyev, Kaspi   liseyinin,  Landau  məktəbinin  və  21-ci əsr  məktəbinin  əməkdaşları  iştirak ediblər.

Tədbirdə məzunların peşə kompetensiyalarının əmək bazarına uyğunluğu, ADU ilə orta məktəblər arasında əməkdaşlıq istiqamətlərinin genişlənməsi yolları, “Könüllü proqramları”nın təşkili, birgə konfrans, təlim və seminarların təşkili kimi məsələlər müzakirə olunmuşdur.

Gələcəkdə belə görüşlərin davamlı təşkili qərara alınmışdır.