XƏBƏRLƏR

“Azərbaycan obrazı” elmi-tədqiqat laboratoriyasının iclası keçirilib

23 yanvar, 2024

  Azərbaycan Dillər Universitetinin “Azərbaycanşünaslıq” Elmi Mərkəzi nəzdində “Azərbaycan obrazı” elmi-tədqiqat laboratoriyasının növbəti iclası keçirilib. İclasda laboratoriya üzvləri –Aqil Şahmuradov, Aqşin Rüstəmov, Ülviyyə Rəhimova, Suğra Ələkbərli, Eleonora Babayeva, Sabir Əliyev, Gülnar Nağıyeva, Aysu Hüseynli, İlahə Tağızadə, Röya Əzizova iştirak ediblər.

Laboratoriyanın rəhbəri Aqil Şahmuradov iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri elan edib. 

İlk növbədə ötən ilin dekabr və cari ilin yanvar aylarında görülmüş işlərin hesabatı dinlənilərək müvafiq tapşırıqlar verilib. Kitabla bağlı çap olunmuş məqalələrin ADU-nun saytında və respublika mətbuatında yerləşdirilməsi tövsiyə olunub.

Laboratoriyanın iş planına müvafiq olaraq Aqil Şahmuradov “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının qeydlər bölməsinin ingilis dilinə tərcümə edilməsi ilə bağlı tərcüməçilərə müəyyən tövsiyələr verib və mart ayına kimi yekunlaşdırılması nəzərdə tutulub.

Eyni zamanda “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabında məqalə müəllifləri haqqında məlumatların toplanması məqsədilə üzvlər arasında iş bölgüsü aparılıb.

 İclas gündəlikdə duran məsələlərin ətraflı müzakirəsilə yekunlaşıb.