XƏBƏRLƏR

ADU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

20 yanvar, 2024

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, universitetin əməkdaşları və tələbələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

ADU-nun kollektivi Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.

Şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!