XƏBƏRLƏR

ADU İdman klubu ikinci yeri tutub

16 yanvar, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) İdman klubunun əməkdaşları ali təhsil müəssisələrinin işçiləri arasında keçirilən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Spartakiadanın  stolüstü-tennis yarışında iştirak ediblər.  

Yarışda ADU-nu təmsil edən ADU İdman klubunun məşqçi-müəllimləri- Sədrəddin Qasımov, Mirzə Orucov, Kamran Hacıyev, idman klubunun assistenti Ləman  İsmayılovadan ibarət olan komandamız ikinci yeri tutub.

Komanda üzvlərini təbrik edir, onlara yeni uğurlar arzu edirik!