XƏBƏRLƏR

ADU-da Türkiyəli professorun seminarı keçirilib

10 yanvar, 2024

Azərbaycan Dillər Universitetində (ADU) Pedaqogika kafedrasının təşkilatçılığı Türkiyə Cümhuriyyətinin Necmettin Erbakan Universitetinin müəllimi, dosent, Dr.S. Barbaros Yalçının spikerliyi ilə "Səmərəli ünsiyyət bacarıqları" adlı seminar keçirilib.

Seminarda kommunikativ bacarıqların formalaşdırılması, ona təsir göstərən amillər baxımından qardaş ölkəylə ümumi olan cəhətlər vurğulnıb, spesifik xüsusiyyətlər müqayisəli formada təhlil edilib.

Bildirilib ki, seminar həm akademik heyət, həm də tələbələr üçün nəzərdə tutulub.

Yekunda iştirakçılar sertifikatla mükafatlandırılıb, spiker isə təşəkkürnaməyə layiq görülüb.

Qeyd edilib ki, Pedaqogika kafedrasının təşkilatçılığı ilə silsilə tədbirlərin, təlim və seminarların müntəzəm şəkildə keçirilməsi davam edəcək.