XƏBƏRLƏR

Akademik heyət üçün "İbtidai təhsilin kurikulumu" üzrə təlim kursu keçirilmişdir

09 yanvar, 2024

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində "İbtidai təhsilin kurikulumu" üzrə təlim kursu təşkil olunmuşdur. Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimovanın spikerliyi ilə keçirilmiş təlimlərdə müəllimlər kurikulumun mahiyyəti, məzmunu, quruluşu, kompetensiyalar, təlimin üsulları ​ formaları və s. modullar üzrə geniş məlumat almış, tədqiqat sualları əsasında müzakirələr aparmışlar. "Keçmişə məktub" texnikasının tətbiqi zamanı iştirakçılar ibtidai sinif müəllimlərinə "məktub" yazmış, emosiyalarını bölüşmüşlər.

Təlim kursunun yekununda iştirakçılar sertifikatla mükafatlandırılmış, spiker isə təşəkkürnamə ilə təltif olunmuşdur.

Qeyd edək ki, Pedaqogika kafedrasının təşkilatçılığı ilə silsilə təlim və seminarların keçirilməsi nəzərdə tutulmuşdur.