XƏBƏRLƏR

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı seminar keçirilib

09 yanvar, 2024

Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrasında “Heydər Əliyev ili” ilə əlaqədar tədbirlər planında nəzərdə tutulan “Heydər Əliyev və Azərbaycan gəncliyi ” adlı seminar keçirilib.

Tədbirdə Təhsil 2 fakültəsi üzrə xəlifə dekan Şahin Hacıyev, Psixologiya kafedrasının əməkdaşları və tələbələr iştirak edib. Kafedra müdiri Ceyhun Alıyev, müəlimlərdən Tahirə İbrahimova və Könül Haqverdiyeva mövzu ilə bağlı çıxış etmiş, Ulu Öndərin Azərbaycan gəncliyinə dövlət səviyyəsində göstərdiyi diqqət və qayğıdan bəhs edib. Tədbir iştirakçılarını Heydər Əliyevin Gənclər Formunda gənclərə verdiyi tövsiyyələrlə tanış ediblər. Tədbirdə tələbələr  mövzu ilə bağlı çıxış edib və video çarxlar nümayiş etdiriblər. Sonda tədbirdə  çıxış edən tələbələr sertifikatlarla təltif  edilib.