XƏBƏRLƏR

ADU-nun professoru təltif edilib

08 yanvar, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin fonetikası kafedrasının müdiri professor Fərman Zeynalov dünya elminə və təhsilinə xidmətlərinə görə Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Avropa Təbiət Elmləri Akademiyası tərəfindən (Hanover) “Lider Şəxsiyyət Ordeni” ilə təltif edilib.

Fərman Zeynalov həmçinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk Dünyası elminə və təhsilinə verdiyi töhfələrinə görə “Türk Dünyasında İlin Lider Adamı” diplomu ilə təltif edilib.