XƏBƏRLƏR

ADU-nun əməkdaşları və tələbələri təltif olunublar

29 dekabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU)  Tələbələrlə iş və tədbirlərin  təşkili şöbəsinin əməkdaşları- Səadət Nəbiyeva, Şahverən Babayev və universitetin tələbələri- Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi 192A Nazənin Dadaşova və Təhsil 1 fakültəsi 208B Şəlalə Hüseynova Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  "Heydər Əliyev İli" çərçivəsində gənclərin ictimai-siyasi fəallığının artırılmasında səmərəli fəaliyyətinə görə təltif olunublar.