ADU-da "Heydər Əliyev görkəmli orator kimi” adlı dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsinin nəzdində ingilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar, Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev görkəmli orator kimi” adlı növbəti dəyirmi masa keçirilib.
Tədbirdə Təhsil 1 fakültəsinin dekanı prof.Fikrət Cahangirov, rektorun müşaviri dos. Anar Osmanlı, İngilis dilinin fonetikası kafedrasının müdiri prof.Fərman Zeynalov, professor-müəllim heyəti və universitetin tələbələri iştirak etdilər. Tədbir iştirakçıları öz çıxışlarında, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyevin zəmanəsinin görkəmli natiqlərindən biri olaraq, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi olmasından bəhs edərək, İnsanların onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalmasından, onu dinləməkdən məmnun olduqlarından bəhs etdilər. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin və ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluğu nəzərə çarpdırıldı.
Tədbirdə Təhsil 1 və Təhsil 2 fakültəsinin tələbələri fəal iştirak etdilər. Tədbirin sonunda iştirak edən tələbələrə təşəkkürnamə təqdim edildi.