XƏBƏRLƏR

ADU və ÇDPU tələbələrinin onlayn görüşü keçirilib

28 dekabr, 2023

  Dekabrın 25-də Azərbaycan Dillər Universiteti və Azərbaycan Mədəniyyəti Mərkəzində Çecenistan Dövlət Pedaqoji Universitetinin  fəal tələbələrinin  onlayn görüşü keçirilib.

 ÇDPU-nun tələbələrini Tələbə Təşkilatı Birliyinin sədri Maqomed-Əmi Musayev, ADU-nun tələbələrini isə “Bir günlük Xəlifə” layihəsinin qalibləri təmsil ediblər.

Səmimi görüş mühitində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclər siyasəti, Heydər Əliyev və Ahməd Hacı Kadırovun Azərbaycan və çeçen xalqlarının tarixindəki rolu haqqında canlı söhbət aparılıb.

 ADU-nun tələbələri “Bir günlük xəlifə” layihəsinin keçirilməsi ilə bağlı təcrübələrini bölüşüb, təşəbbüslərindən danışıblar.

Bir günlük lider vəzifəsini tutan tələbələr doğma universitetin inkişafına verdikləri töhfədən, bu layihələrin təşkilatçılıq, yaradıcılıq, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsindən bəhs etmişdilər. Layihə ÇDPU tələbələri tərəfindən böyük maraqla qarşılanıb.

 İştirakçıların fikrincə, görüşün nəticəsi kimi birgə fəaliyyət haqqında saziş tərəflər üçün bir çox sahələrdə perspektivli olacaqdır.