XƏBƏRLƏR

ADU-da inşa-yazı müsabiqəsi keçirilib

28 dekabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbirlər çərçivəsində ADU Azərbaycan ədəbiyyatı  kafedrası və Multikulturalizm mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda tələbələr arasında inşa-yazı müsabiqəsi keçirilib.

Bildirilib ki, tədbirdə 13 nəfər tələbə iştirak edib. Tələbələr mövzu ətrafında öz mülahizələrini bildiriblər. Sonda tələbələrin yazı işləri qiymətləndirilərək qaliblər müəyyən edilib. Birinci, ikinci və üçüncü yeri tutan tələbələr pul mükafatları ilə təltif olunublar. Qaliblərə həmçinin ADU-nun rektoru, xalq yazıçısı Kamal Abdullanın “Sirri-zəmanə” adlı kitabı müəllif imzası ilə hədiyyə edilib. Müsabiqədə iştirak etmiş bütün tələbələrə də sertifikatlar verilib.

Mükafat və sertifikatları  ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akad. Muxtar İmanov, Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı, Multikulturalizm mərkəzinin müdiri f.f.d. Loğman Əliyev və kafedranın müəllimləri f.f.d., dos. əvəzi Mehriban Mövlamova, Zülfiyyə Nağıyeva, Aygün Hüseynova təqdim ediblər.