XƏBƏRLƏR

“Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda dəyirmi masa keçirilib

27 dekabr, 2023

  Dekabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU)  Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi  nəzdində Beynəlxalq münasibətlər və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə açan tədbirin  moderatoru Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə Ümummilli Lider Heydər Əliyevin azərbaycançılığı ölkənin hakim ideologiyasına çevirməklə qazanılan uğurlardan, bu sahədə qarşıda duran məqsəd və vəzifələrdən söz açıb.

Beynəlxalq münasibətlər kafedrasının dosenti Məhəmməd Əliyev  "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" adlı mövzu ilə çıxış edib. Dosent Məhəmməd Əliyev çıxışında yeni müstəqillik əldə etmiş Azərbaycan dövlətinin ideologiyasının azərbaycançılıq təşkil etdiyini, eyni zamanda azərbaycançılıq ideologiyasının xalqı vəhdətdə olmağa çağırdığını, gənc müstəqil respublikanın sosial-siyasi və iqtisadi inkişafı üçün səyləri birləşdirməyə və vətən amilinin hər bir ideallardan yüksək olduğunu təlğin etdiyini qeyd edib.

 Adıçəkilən kafedranın müəllimi t..ü.f.d. Lamiyyə Namazova  “Dünya azərbaycanlılarını həmrəyliyə çağıran lider - Heydər Əliyev” mövzusu ilə məruzə edib. Çıxış zamanı azərbaycançılıq idealogiyası vasitəsi ilə haqq səsimizin dünya miqyasında  təbliği və bundan doğan yeni tarixi-siyasi reallıqlardan bəhs edilib.

Sonda məruzələrlə bağlı  müzakirələr aparılıb.