XƏBƏRLƏR

"Qələbəyə aparan yol" adlı inşa müsabiqəsinin nəticələri açıqlanıb

27 dekabr, 2023

Azərbaycan Dillər Universitetinin Pakistan Mədəniyyət Mərkəzinin və həmin mərkəzin üzvü Vüsal Hümbətzadənin birgə təşəbbüsü və təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Qələbəyə aparan yol" adlı inşa müsabiqəsi keçirilib.

1-ci yerin qalibi Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbəsi  Fidan Quluzadə 1-ci dərəcəli sertifikat və 200 manat pul mükafatı ilə;

2-ci yerin qalibləri Filologiya fakültəsinin tələbəsi Rəna Şabanzadə 2-ci dərəcəli sertifikat və 150 manat pul mükafatı ilə;

3-cü yerin qalibi Filologiya fakültəsinin tələbəsi Oruc Ələsgərov 3-cü dərəcəli sertifikat və 100 manat pul mükafatı ilə mükafatlandırılıb.

Digər yerləri tutan tələbələrə isə müsabiqədə iştirak etdiklərinə görə sertifikatlar verilib.