XƏBƏRLƏR

ADA Universitetinin əməkdaşı ilə görüş keçirilib

27 dekabr, 2023

ADU və ADA universitetləri arasında əlaqələrin genişlənməsi istiqamətində ADA universitetinin əməkdaşı ilə görüş keçirilib.

Görüşdə ADA universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova, Regionşünaslıq kafedrasının dosenti, f.ü.f.d. N.Hüseynova, müəllim S.Qurbanova, BM və Regionşünaslıq fakültəsinin Xəlifə dekanı Aynur Əhmədli, 456 a-b, 460 a-b qrup tələbələri iştirak ediblər.

M. Abbasova tələbələri ADA universitetinə qəbul qaydaları ilə tanış edib, magistratura qaydaları barədə tələbələrə ətraflı məlumat verib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.