XƏBƏRLƏR

“All about Pakistan” adlı tədbir keçirilib

26 dekabr, 2023

Dekabrın 25-də ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərlinin təşəbbüsü və təşkilatçılığı, eyni zamanda Pakistan mədəniyyət mərkəzinin müdiri Mahmud Athar və Hind dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyevanın yaxından dəstəyi ilə dost ölkə Pakistanın ilk general-qubernatoru, ölkənin qurucu şəxsiyyəti və Müsəlman liqasının banisi Məhəmməd Əli Cinnahın anım gününə həsr olunmuş “All about Pakistan” adlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət Himnlərinin səslənməsi ilə başlanan tədbirdə Pakistanşünaslıq ixtisası üzrə təhsil alan birinci və ikinci kurs tələbələri urdu və ingilis dillərində çıxış etmişlər. Məhəmməd Əli Cinnahın həyat və fəliyyətinə həsr olunmuş təqdimatlarda onun hikmətli sözlərinə yer verilmişdir. Tələbələrin təqdimatlarında Pakistanın tarixi, coğrafiyası və şəhərləri haqqında geniş məlumat öz geniş əksini tapmışdır.

Tədbir ADU-da keçirilən “Xəlifə günü”nə təsadüf etdiyindən xəlifə rektor Nicat Qulizadə və  Pakistan mədəniyyət mərkəzinin xəlifə müdiri Gülər Talıbova mövzu ilə bağlı fikirlərini bildirmişlər.

Tədbirdə qonaq qismində çıxış edən Könül Ələskərova və Araz Heybətovun urdu dilində səsləndirdikləri şer və mahnılar maraqla qarşılanmışdır.

Tədbirdə tələbələrin və K.Əliyev adına 61 saylı məktəbin şagirdlərinin təqdimatında  Pakistanın milli paltarlarından ibarət “Fashion show” göstərilmişdir. 

Pakistanın ölkəmizdəki səfirinin birinci müavini Moazzam Ali Sahito tədbirdə iştirak edən tələbələrin çıxışlarını yüksək qiymətləndirərək əlaqələrimimzin bundan sonra da genişlənməsinə yaxından kömək göstərəcəyini vurğuladı.  

Tədbir Pakistanlı tələbələrin ADU-da yerləşən Pakistan mədəniyyət mərkəzi ilə tanışlığı ilə yekunlaşıb.