Braziliya səfiri ADU-nun xəlifə-prorektoru ilə görüşüb
Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Azərbaycan Dillər Universitetinin qonağı olub. “Bir günlük Xəlifə” layihəsi çərçivəsində ADU-nun Beynəlxalq əlaqələr üzrə xəlifə-prorektoru Əli Rzayevlə görüşən səfirə layihə haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, bu, ADU-nun rektoru, akademik Kamal Abdullanın tələbələrin idarəetmə istiqamətində təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir Səfir “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndirib.
Diplomat ADU ilə elmi əməkdaşlığın perspektivlərindən danışıb. Bu təhsil ocağında portuqal dilinin tədrisini yüksək qiymətləndirib. Görüşdə Gələcək elmi əməkdaşlığın yeni imkanları, mədəni tərəfdaşlığın yeni perspektivləri ətrafında müzakirə aparılıb.