XƏBƏRLƏR

“Heydər Əliyev və Ana dili” adlı növbəti tədbir keçirilib

25 dekabr, 2023

 Azərbaycan Dillər Universitetində Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müəllimi Aygün Kərimovanın təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsi daxilində kafedranın tədbirlər planına daxil olmuş sonuncu “Heydər Əliyev və Ana dili” adlı növbəti tədbiri keçirilib.

Tədbirdə Tərcümə fakültəsinin 3-cü kurs 347 b qrup tələbələri, kafedra müdiri, dekanlığın nümayəndəsi və kitabxana işciləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə kafedra müdiri dosent Sevda Zamanova açaraq Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi Respublikamızın yeni konstitusiyasında təsbit olunması haqqında Heydər Əliyevin göstərdiyi səyləri geniş şəkildə iştirakçıların nəzərinə çatdırıb. Belə ki, onun hələ 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyinə həsr edilmiş təntənəli yığıncağında ana dilində - Azərbaycan dilində nitq söyləməsini vurğulayıb. Həmçinin, Ulu öndərin Azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində gördüyü mühüm işlərdən danışıb.

Sonra müəllimə Aygün Kərimova tədbirin mahiyyəti haqqında geniş məlumat verib. Şair Bəxtiyar Vahabzadənin ana dili şerini səsləndirib. Tələbələrdən Nərgiz Ələkbərova, Aytən Səlimli, Nəzakət Əhmədzadə Ulu öndərin ana dili haqqında söylədikləri bütün kəlamları və onların dahiliyini öz çıxışlarında vurğulayıblar.

 Sonda “Xalq Heydər söyləyəcək” adlı musiqi səsləndirilib.