XƏBƏRLƏR

Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı dəyirmi-masa keçirilib

25 dekabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU)  Linqvokulturologiya kafedrasının müdiri vəzifəsini icra edən dosent Vüsalə Ağabəylinin təşəbbüsü və baş müəllimi İlahə Məmmədovanın təşkilatçılığı, 107 b qrupunun iştirakı ilə Heydər Əliyevin yüzilliyinə həsr olunmuş “Heydər Əliyev ili” çərçivəsində dəyimi masa keçirilib.

 Tədbirdə kafedra müdiri fil.f.d.,dos.V. Ağabəyli universitetinin rektoru akademik Kamal Abdullayevin təşəbbüsü və layihə rəhbərliyi ilə ərsəyə gələn "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003) adlı kitab haqqında məlumat verib. O, bildirib ki, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş kitabda əcnəbi müəlliflərin Azərbaycan haqqında mətbuatda yayılan fikirləri toplanıb və Azərbaycan dilinə tərcümə edilib.

Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən slayd nümayiş etdirilib.

Tələbələr digər dövlət rəhbərlərinin Heydər Əliyev haqqındakı fikirlərini səsləndirdikdən sonra dəyirmi masa iştirakçılarından fil.f.d.M. Hacıyeva, b/m S.Orucova, b/m T. Zairova, b/m F. Mahmudova, b/m İ. Məmmədova, kafedranın digər üzvləri və tələbələr səslənən fikirlər əsasında diskussiya aparıblar.

Daha sonra kafedra müdiri fil.f.d.,dos.V.Ağabəyli və tədbir iştirakçıları tədbirlə bağlı öz təəssüratlarını bildirdilər.

Tədbir tələbələrin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə yekunlaşıb.

Tədbirin təşkilatçısı b/m İlahə Məmmədova tədbir iştirakçılarına və tələbələrə öz təşəkkürünü bildirib.