XƏBƏRLƏR

ADU-da "Həmrəy olaq" adlı tədbir keçirilib

25 dekabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Linqvokulturologiya kafedrasinin müdiri vəzifəsini icra edən dosent Vüsalə Ağabəylinin təşəbbüsü, kafedranın baş müəllimi Dinarə Muxtarovanın təşkilatçılığ, 312 a və 312 b qruplarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş "Həmrəy olaq" adlı tədbir keçirilib .

Öncə Dövlət Himni səsləndirilib, sonra isə Dinarə Muxtarova tədbiri açıq elan edib.

Tədbirdə universitetin rektor müşaviri Anar Osmanlı, Linqvokulturologiya kafedrasının müdüri vəzifəsini icra edən dosent Vüsalə Ağabəyli, Təhsil 1 fakultəsinin dekanı professor Fikrət Cahangirov, Təhsil 2 fakultəsinin dekanı dosent Salman Nuriyev, Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova, dekan muavinləri Pedaqoqika kafedrasının müdiri dosent Nigar Zeynalova, İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının müdiri dosent Kifayət Hacıyeva, Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Günay Şirəliyeva, Xarici dillər kafedrasının müdiri Aida Sobor iştirak ediblər.

Tədbirdə Təhsil 1 fakültəsinin 312 A və 312 B qruplarının tələbələri tərəfindən müxtəlif ölkələrin mədəniyyətləri, Azərbaycan xalqına xas olan milli və mənəvi dəyərləri, Azərbaycan və İngilis ədəbiyyatının zənginliyini vurğulayan səhnəciklər nümayiş olunub.

Tədbir Vüsalə Ağabəylinin, Fikrət Cahangirovun və Anar Osmanlının çıxışları ilə yekunlaşıb.