XƏBƏRLƏR

“Azərbaycan Milli H-index Ranking 2023 və qarşıda duran vəzifələr” adlı seminar keçirilib

25 dekabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADUADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi (EKİXM ) tərəfindən “Azərbaycan Milli H-index Ranking 2023 və qarşıda duran vəzifələr”  adlı seminar keçirilib.

Seminarda Elm və İnnovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov, Təhsil1 fakültəsinin dekanı Fikrət Cahangirov, Filologiya fakültəsinin dekanı Şahin Xəlilli, Beynəlxalq Jurnalistika şöbəsini müdiri Nərgiz Çərkəzqızı , Elm şöbəsinin müdiri Sevda İmanova , kafedra müdirləri, digər qurumların rəhbərləri və gənc tədqiqatçılar iştirak ediblər.

Seninarın moderatoru EKİXM-nin direktoru Cəmilə Əliyeva Azərbaycan Milli H-index Ranking, konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqin IV rub hesablamaları haqqında və seminarda qoyulan mövzular ətrafında informasiya təhlili verib.

Seminarda elmi nəşrlərlə bağlı Azərbaycan Milli reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması Azərbaycanda H-indeksi və digər əlaqəli göstəricilər üzrə mövcud vəziyyət, nəşr sayına görə yuxarı və aşağı göstəriciyə malik elm sahələri, tədqiqatçı profillərinin sayına görə Azərbaycanın elm və təhsil müəssisələrinin sıralaması və digər məsələlərlə bağlı təlimçi İnformasiya Xidməti və Rəqəmsallaşdırma şöbəsi, Analitik İnformasiya Xidmətləri bölməsinin əməkdaşı.t.e üzrə. fəlsəfə dok.dos. Pərviz Kazımi tərəfindən təqdimatda nümayiş olunub.

EKİXM İnformasiya Xidməti və Rəqəmsallaşdırma şöbəsinin müdiri Səkinə Həsənova  ADU-nun  “Google Scholar” akademik platformada göstəricilərinin inkşafı üçün “Google Scholar da” akademik profillərin yaradlması” adlı təqdimatında  reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə akademik profillərin qurulması mexanizmini əyani və praktik nümayiş etdirib.

Yekunda elmi nəşrlərlə bağlı milli reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə tədbirlərin qısa, orta və uzun müddətli olmaqla, həmçinin ADU-nun H-indeksi göstəricisinin yaxşılaşdırılması ilə bağlı icra mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.