XƏBƏRLƏR

“Psixologiyada doğru bildiyimiz yanlışlar ” adlı tədbir keçirilib

22 dekabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrasının təşkilatçılığı Təhsildə sosial-psixoloji xidmət ixtisasının 234-cü qrup tələbələri tərəfindən “Psixologiyada doğru bildiyimiz yanlışlar” adlı tədbir keçirilib.

Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev, Psixologiya kafedrasının əməkdaşları və tələbələr iştirak ediblər. Tələbələr gündəlik həyatda insanların davranış və rəftarında özünü göstərən  psixoloji problemlərlə bağlı videoçarxlar nümayiş edib və səhnəciklər göstəriblər. Bununla da müxtəlif psixoloji problemlər haqında yalnış düşüncələrə aydınlıq gətirib və onları düzgün istiqamətdə maarifləndiriblər.

Tədbirin sonunda iştirak edən tələbələr sertifikatlarla təltif  olunublar.