XƏBƏRLƏR

İlham Əliyevin qurduğu qüdrətli və müasir Azərbaycan mövzusunda konfrans keçirilib

22 dekabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Prezident İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi münasibətilə "İlham Əliyevin qurduğu qüdrətli və müasir Azərbaycan" mövzusunda konfrans keçirilib.

Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib.

Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, şair, nasir, tərcüməçi Vaqif Bəhmənli, universitetin Tələbə Gənclər Təşkilatının (TGT) sədri  Nicat Əliyev  çıxış ediblər.

Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə fəaliyyətinə həsr edilən konfransda çıxışlar zamanı son iyirmi ildə ölkəmizin qazandığı nailiyyətlərindən  və tarixi qələbələrdən danışılıb.

Bildirilib ki, qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır.

Bədii hissədə tələbələrin ifasında “Ali Baş Komandan” adlı kompozisiya təqdim olunub. Prezidentə həsr olunmuş mahnı və  şeir ifa olunub.