XƏBƏRLƏR

“Heydər Əliyev Müstəqillik Azərbaycan xalqı və dövləti üçün əbədidir. ” adlı tədbir keçirilib

22 dekabr, 2023

 Dekabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heyder Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev: Müstəqillik Azərbaycan xalqı və dövləti üçün əbədidir.” adlı tədbir keçirilib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib.

Təhsil-2 fakültəsi, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının və 323 b qrup tələbələrinin iştirakı ilə təşkil edilmiş tədbirdə ilk olaraq kafedra müdiri f.f.d., dos. Mehriban Hüseynova çıxış edib.

Kafedra müdiri çıxışında Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümumilli Liderin zəngin irsinin tələbələr arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını və Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını diqqətə çatdırıb.

Həmin kafedranın müəllimi Nərgiz Səlimova çıxışında  Müasir Azərbaycan tarixinin önəmli mərhələsinin Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bağlılığını vurğulayaraq Ulu öndərin uzaqgörən siyasəti haqqında danışıb.

Təhsil-2 fakültəsinin dekanı dosent Salman Nuriyev çıxışında Ulu öndər Heydər Əliyevin son dərəcə bacarıqlı, təcrübəli lider, dövlət başçısı və siyasi xadim olduğunu vurğulayaraq bir çox mürəkkəb vəzifələrin öhdəsindən böyük ustalıqla gəldiyindən bəhs edib.

Tələbələr- Aidan Guseinova, Ayna Əliyeva, Aynur Abdullayeva, Gülbahar İsmayılova, İlahə Əsədova, Məkurə İsmayılova, Adilə Əliyeva çıxışlarında Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında rolu ilə bağlı ətraflı məlumat veriblər.

Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda Təhsil-1 fakültəsi 410 b qrup tələbəsi Sərvət Qəhrəmanlı və 323 b qrup tələbələri Müslüm Maqomayevin “Azərbaycan” mahnısını birgə ifa ediblər.