XƏBƏRLƏR

“Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir keçirilib

22 dekabr, 2023

 Dekabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və türk dünyası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov Ulu Öndər Heydər Əliyevin türk dünyası ilə əlaqələrindən və bu əlaqlərin türk dünyası üçün bugünkü faydalarından danışıb.

ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi, Qafqazşünaslıq kafedrasının dosenti Qorxmaz Mustafayev və Türk Dünyası Araşdırmaları Mərkəzinin mütəxəssisi Cəlal İbrahimli Türkiyə-Azərbaycan münasibətləri, Heydər Əliyev və türk dünyası münasibətləri haqqında çıxış ediblər.