XƏBƏRLƏR

“Xarı Bülbül Əfsanəsi” adlı sənədli filmin təqdimatı keçirilib

21 dekabr, 2023

  Dekabrın 20-də Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı rəsmi səfirliyinin təşəbbüsü və Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Müasir Dillər Universitetində (NUML) “Xarı Bülbül Əfsanəsi” adlı sənədli filmin təqdimatı keçirilib.

Bildirilib ki, isveçli fotoqraf, operator Mikael Silkeberqin ölkəmizin mədəniyyət paytaxtı Şuşaya həsr etdiyi "Xarı bülbül əfsanəsi" sənədli film Azərbaycan mədəniyyətinin, tarixinin və İkici vətən müharibəsində qazanılan zəfər haqqında məlumatlılığın yayılması üçün xüsusi önəm daşıyır.

Tədbirdə Azərbaycan Respublikasının səfiri cənab Xəzər Fərhadov, Türkiyə Cumhuriyyətinin səfiri cənab Mehmet Paçacı, Qırğızıstan Respublikasının səfiri Ulanbek Totuyaev, Qazaxıstan səfir müavini cənab Nurlan Smaqulov, Özbəkistan səfir müavini cənab Luftulla Umarzakov, NUML rəhbərliyi, prorektoru Dr. Zubair İqbal, Dillər fakültəsinin dekanı Cəmil Əsgər Cami, dəyərli müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Xəzər Fərhadov filmin həsr olunduğu Xarı bülbül və Şuşa şəhərinin tarixi haqqında iştirakçılara məlumat verib, Türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşanın azad olunmasında ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin səylərini vurğulayıb. O, eyni zamanda İkinci vətən müharibəsində Azərbaycanın yanında olan dost qardaş ölkələrə Türkiyə, Pakistana dərin təşəkkürünü bildirib.

Universitetin prorektoru Dr Zubair İqbal iki il öncə açılan Azərbaycan Dil və Mədəniyyət mərkəzinin ölkənin mədəniyyətinin və dilinin təbliğinin bu filmin nümayişi vasitəsilə NUML tələbələrinə çatdılımasının əhəmiyyətindən bəhs edib, bütün səfirlik nümayəndələrini də elm və bilik naminə qarşılıqlı əməkdaşlığa səsləyib.

Qeyd edilib ki, filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və Şuşa haqqında fikirləri, həmçinin, tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğamı və təbiəti ilə bağlı düşüncələri filmin əsas xəttini təşkil edib.