XƏBƏRLƏR

“QARABAĞ ZƏFƏRİ HEYDƏR ƏLİYEV İRSİNİN TƏNTƏNƏSİDİR” adlı tədbir keçirilib

21 dekabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin Leksikologiyası və üslubiyyatı 1 kafedrasının baş müəllimi f.f.d Nigar Bağırovanın təşkilatçılığı ilə 302 a qrup tələbələri tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “QARABAĞ ZƏFƏRİ HEYDƏR ƏLİYEV İRSİNİN TƏNTƏNƏSİDİR” adlı tədbir keçirilib.

Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, kafedra müdiri dosent Kifayət  Hacıyeva, kafedra əməkdaşları- dosent Lalə Əsədova, dosent Sevinc Tağıyeva, baş müəllim Mülayim Bağırova, f.f.d baş müəllim Aytən Rəcəbova, f.f.d baş müəllim Dürrə Həşimova, baş müəllim Vəfa Eminova və digərləri çıxış ediblər. Bildirilib ki, Qarabağ Zəfərinin təməlində Ulu Öndərin apardığı güclü siyasət dayanır.

Tədbirdə Ulu Öndərin 1969-1982-ci illərdə Qarabağla bağlı gördüyü quruculuq işləri və eyni zaman Qarabağla bağlı düşmənin irəli sürdüyü əsassız fikir və cəhdlərinin qarşısını alan əvəzsiz xidmətlərindən, daha sonra ikinci dəfə xalqın istəyi ilə Bakıya gələn və Qarabağ probleminin sülh yolu ilə həllinə dair apardığı siyasi xidmətlərindən bəhs edən tələbələrin ingilis dilində çıxışları dinlənilib və həmin mövzularda müxtəlif videoçarxlar nümayiş etdirilib.