XƏBƏRLƏR

“Müxtəliflikdən Birliyə: Heydər Əliyevin multikulturalizm və gənclər siyasətinin miqrantların inteqrasiyasına töhfəsi” 

20 dekabr, 2023

18.12.2023-cü il tarixində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, f.e.d., prof. N.R.Seyidova və ADU-nun əcnəbi tələbələri ilə  Dövlət Miqrasiya Xidmətində “Müxtəliflikdən Birliyə: Heydər Əliyevin multikulturalizm və gənclər siyasətinin miqrantların inteqrasiyasına töhfəsi” adlı tədbirdə iştirak etmişdirlər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq onun ölkəmizin müxtəlif inkişaf istiqamətləri üzrə dillər əzbərinə çevrilmiş şüarlarının əcnəbi tələbələr tərəfindən Azərbaycan dilində səsləndirildiyi videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrant Günündə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illliyinə həsr olunmuş bu görüşün keçirilməsinin əhəmiyyətinə toxunub. Tədbirin əsas məqsədlərini diqqətə çatdıran Xidmət rəisi Ulu Öndərin banisi olduğu multikulturalizm və gənclər siyasətinin miqrantların inteqrasiyasına töhfəsindən danışıb. Azərbaycanda yaşayan hər kəsin, o cümlədən miqrantların özlərinin gündəlik həyatlarında Ümummilli Liderin əsasını qoyduğu sabitliyin, inkişafın, eləcə də multikulturalizm siyasətinin bəhrəsini hiss etdiklərini qeyd edib.

Daha sonra tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Müjdat Həsənov çıxış edərək ölkəmizdə uğurlu gənclər siyasətinin, eyni zamanda təhsil sahəsində ardıcıl, davamlı dövlət siyasətinin müəyyən edilməsinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıblar. 

Tədbirdə Azərbaycanda yaşayan əcnəbilərin ölkəmizlə bağlı düşüncələrinin ekranlaşdırıldığı “Müxtəliflikdən birliyə: Azərbaycandan miqrant səsləri” adlı videoçarx nümayiş olunub.  

Tədbirdə əcnəbi tələbələrin iştirakı ilə keçirilən “Azərbaycanı nə qədər tanıyıram?” adlı intellektual yarış da maraqlı anlarla yadda qalıb.  

Tədbirin bədii hissəsində ölkəmizdə yaşayan, Azərbaycanın zəngin musiqi sənətindən ilhamlanan, onun bənzərsizliyini duyan, təbliğ edən əcnəbilərin ifaları dinlənilib.

Tədbir ADU-da təhsil alan əcnəbi tələbələr tərəfindən xüsusi maraqla qarşılanmışdır.