XƏBƏRLƏR

ADU tələbələrinin əl işləri sərgidə təqdim edilib

20 dekabr, 2023

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər  kafedrasının yapon dili fənni üzrə müəllimi Xanım Xəlilova Yaponiya Səfirliyinin təşkilatçılığı, Budo Festival Təşkilat Komitəsi, Azərbaycan Cüdo Federasiyası, Game Summit-in təşkilati dəstəyi, JTI Azərbaycan, ISR Auto, AQUAVİTA və BOUQUET şirkətlərinin sponsorluğu ilə Yaponiya Mədəniyyət və Budo Festivalında iştirak etmişdir.

Hər il keçirilən bu tədbir Azərbaycan və Yaponiya mədəniyyətini təbliğ edir. Festivalda müxtəlif yapon döyüş sənətləri üzrə nümayişlər, yapon rəqsləri və mahnıları, yapon mədəniyyət nümunələri və mədəniyyət stendləri nümayiş etdirilmişdir.

Stendlərdə müxtəlif məktəb və universitetlərdən olan tələbələrin yapon mədəniyyətinə xas olan əl işləri nümayiş etdirilmişdir. Festivalda Azərbaycan Dillər Universitetinin yaponşünaslıq ixtisası üzrə tələbələrin xüsusi əl işləri sərgidə təqdim edilmiş  və 1 ci kurs rus bölməsi üzrə yaponşünas tələbələrinin oxuduğu qədim yapon mahnısı "Uraşima Taro" nümayiş etdirilmişdir.

Tələbələrin nümayişləri festival iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanmışdır.