XƏBƏRLƏR

ADU-nun müəllimi beynəlxalq sertifikata layiq görülüb

20 dekabr, 2023

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova Sensor İnteqrasiya terapevti, beynəlxalq təlimçi, Sensor İnteqrasiya sahəsində yazılmış ilk türkdilli kitabların müəllifi Ebru Albayrak Sidarın spikerliyi ilə keçirilmiş təlimdə iştirak etmiş və beynəlxalq sertifikata layiq görülmüşdür. 

Ebru Albayrak Sidar Ayres Sensor İnteqrasiya Terapiyası təlimini ABŞ-da Cənubi Kaliforniya Universitetində almışdır.

Ebru Albayrak Sidarın tədqiqatları ABŞ-dakı “Occupational Therapy Association The Koomar Center" tərəfindən dəstəklənir. O həmçinin ABŞ, İngiltərə, Avstriya və s. ölkələrdə aparılan elmi tədqiqatlarda iştirak etmişdir.

Spiker İngiltərə və Türkiyədə Erqoterapiya ixtisası üzrə müəllim kimi Sensor İnteqrasiya dərsləri verir, həmçinin dövlət universitetlərində akademik heyətlə birlikdə tədqiqatlar aparır.

Qeyd edək ki, Erqoterapiya fənni ölkəmizdə ilk dəfə olaraq ADU-nun Korreksiyaedici təlim ixtisasında tədrisə gətirilmişdir. Fənn ADU-nun Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova tərəfindən tədris olunur. Fənnin praktik hissəsi isə yerli və xarici mütəxəssislərin dəstəyi ilə həyata keçirilir.