XƏBƏRLƏR

“Təhsilin inkişafında Ulu öndər Heydər Əliyev imzası” adlı tədbir keçirilib

19 dekabr, 2023

  Dekabrın 18-i Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri ped.f.d., dosent Sevinc Hüseynova və 110, 114 və 214 nömrəli qruplarda təhsil alan magistrantların birgə təşkilatçılığı ilə “Təhsilin inkişafında Ulu öndər Heydər Əliyev imzası” adlı tədbir keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İlk olaraq Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri Sevinc Hüseynova çıxış edib.

Tədbirdə kafedranın müəllimləri- dos. Qələmşah Heybətov, dos. Zenfira Quliyeva və dos. Vəfa Babayeva Ulu öndər Heydər Əliyevin qətiyyəti və zəngin dövlətçilik təcrübəsindən geniş söhbət açıb və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü vurğulayıblar.

Tələbələr- 114 qrup magistrantı Günel Məmmədli Heydər Əliyevin keçdiyi ömür yolundan söz açıb, 110 qrup magistrantı Şəbnəm Heydərli isə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda öz təqdimatını nümayiş etdirib.

 Digər tələbələr- 110 qrup magistrantı Diana Orucova “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda ingilis dilində, 115 qrup magistrantı Aytac Salmanlı təhsil barədə alman dilində sitatlarla, 114 qrup magistrantı Günel  Məmmədli “Heydər Əliyev və ordu quruculuğu”, 110 qrup magistrantı Samirə Məmmədova isə “Heydər Əliyevin hər iki dönəmdə-sovet və müasir dövrdə daxili və xarici siyasəti” mövzularında ingilis dilində çıxış ediblər.

Daha sonra 214 qrup magistrantları Leyla Zeynalova “Heydər Əliyevin türk dünyası qarşısında əvəzsiz xidmətlərindən” ingilis dilində, Aytac Osmanova isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda təqdimatlarını nümayiş etdiriblər.

Sonda isə Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Sevinc Hüseynova tədbir iştirakçılarına təşəkkürünü bildirib, magistrantlara təşəkkürnamələr təqdim edib.