XƏBƏRLƏR

“Heydər Əliyev əzəli-əbədi Türkiyə Azərbaycan qardaşlığının banisi kimi” adlı tədbir keçirilib

18 dekabr, 2023

 Dekabrın 18-i Azərbaycan Dillər Universitetində Ümummilli lider Heyder Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev əzəli-əbədi Türkiyə Azərbaycan qardaşlığının banisi kimi” adlı tədbir keçirilib.

Təhsil-2 fakültəsi,  İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının və 127 a qrup tələbələrinin iştirakı ilə təşkil edilmiş tədbirdə ilk olaraq kafedra müdiri f.f.d., dos. Mehriban Hüseynova çıxış edib. O, çıxışında Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir, müstəqil Azərbaycanın banisi, memari olduğunu vurğulayıb və qeyd edib ki, müstəqil Azərbaycan yaşadıqca Ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq. Bildirilib ki, bu gün Azərbaycan prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Həmin kafedranın müəllimi Məhbubə Məmmədli Ulu öndərin Türkiyə və Azərbaycan münasibətlərinin qurulmasında əvəzsiz rolundan, Prezident İlham Əliyevin bu əlaqələri daha da sarsılmaz etməsindən danışıb.

Təhsil-2 fakültəsinin dekan müavini t.f.d., dos. Namiq Əsədov çıxışında əsası Heydər Əliyev tərəfindən qoyulan Türkiyə Azərbaycan münasibətlərinin möhkəmlənməsində  İlham Əliyevin əvəzsiz rolundan bəhs edib.

 Tələbələr- Səkinə Yusubova, Nilüfər Ələkbərova, Aygül Qarayeva, Ziba Əsədzadə və Şəbnəm Cəfərova çıxışlarında Heydər Əliyevin Türkiyə və Azərbaycan münasibətlərinin möhkəmlənməsindəki rolu haqqında geniş məlumat veriblər.

Tədbirdə Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.