XƏBƏRLƏR

Beynəlxalq Türk dilləri günü qeyd edilib

18 dekabr, 2023

 Dekabrın 15-də Azərbaycan Dil və Mədəniyyət Mərkəzi Türkiyəşünaslıq fakültəsinin birgə əməkdaşlığı ilə Türk dilləri gününü qeyd edilib.

Tədbir 15 dekabr UNESCO tərəfindən qeyd olunan Beynəlxalq Türk dilləri gününə həsr olunub.

Qeyd olunub ki, həmin tarixin seçilməsi təsadüfü deyil. Beləki, 15 dekabr 1983-cü ildə Orxan-Yenisey abidələri danimarkalı dil tədqiqiatçısı Vilhem Tomsen tərəfindən oxunmuş və mətn anlaşılmışdır.

Tədbirdə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin rəhbəri Aynur Salmanova Azərbaycan dili haqqında məlumatdırıcı təqdimatla çıxış edib. Azərbaycan dili və əlifbasının tarixi, mənşəyi və tarix boyunca uğradığı təsirləri iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin, vurğulayıb ki, müstəqil qazandıqdan sonra ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sahəsində Azərbaycan dili Türk dilləri arasında öz layiqli yerini tutmağa başladı.

Tədbirdə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin tələbələri də Azərbaycan dilində mahnı və şeirlə çıxış ediblər.  Mazhar Ali Şah adlı tələbə Səməd Vurğunun Azərbaycan şeirini ifa edərkən, Fiza Sohail Xan “Bu qala daşlı qala”mahnısı ilə iştirakçılara Azərbaycan dilinin zərifliyini, gözəlliyini çatdırıb.

Mərkəz növbəti dekabr ayında Türkiyəşunaslıq faükltəsi ilə birgə daha irimiqyaslı tədbir təşkil etməyi planlaşdırır.