XƏBƏRLƏR

ADU-nun Açıq Təhsil Mərkəzində təlim keçirilib

18 dekabr, 2023

  Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən Rusiya Maarif Nazirliyinin Açıq Təhsil Mərkəzində Çeçenistan Dövlət Pedaqoji Universitetinin Psixologiya kafedrasının baş müəllimi, Avropa Emosional İntellektual Layihələr Assosiasiyasının emosional zəkanın inkişafı üzrə ekspert və repetitoru Qalina Uspaeva müəllimlər üçün emosional intellekt və emosiyaları, o cümlədən, başqalarının emosiyalarını idarə etmək bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Mən və mənim duyğularım” adlı təlim keçirilib.

Təlimdə bildirilib ki, müəllimlərin emosional rifahının qorunub saxlanılması və gücləndirilməsi tədris prosesinin səmərəliliyini artırmağın ən mühüm şərtlərindən biridir.

Sonda müasir çoxölçülü dünyada müəllimlər üçün emosional tükənmə təhlükəsi məsələlərində istirahət və özünütənzimləmə texnikalarına yiyələnməyin pedaqoji fəaliyyətdə əhəmyyəti də xüsusi ilə vurğulanıb.