XƏBƏRLƏR

ADU-da “Alman dili günü” qeyd olunub

15 dekabr, 2023

  Dekabrda 14-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik ildönümünə həsr edilmiş “Alman dili günü” qeyd olunub.

Alman Dili Birliyinin Azərbaycanda rəhbəri, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Gülənbər Pirnəzərova çıxışıda silsilə keçirilən bu tədbirin Ulu öndər Heydər Əliyevin ildönümünə təsadüf etdiyini bildirib. Dosent qeyd edib ki, insan məfhumunun ən vacib mənası onun dil daşıyıcısı olmasıdır.  Hər il alman dili günü münasibətilə keçirilən tədbir ənənəvi olaraq dünya mütəfəkkirlərinin  kəlamları ilə başlanıldıığı halda, bu gün dilə böyük dəyər verən Heydər Əliyevin dillə bağlı kəlamları alman dilində tələbələrin ifasında səslənir.

Daha sonra qərb-şərq divanından bir parça şeir Riad Quliyev  və Nigar Abdullayevanın ifasında dinlənilib. Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasından bir hissə Təhsil 1 fakültəsinin tələbələri tərəfindən  alman dilində təqdim edilib. Tamaşada dilə maraq göstərən Ankara məktəbi-məktəb liseyin 10-cu sinif şagirdləri Eltac Osmanlı və Murad Mansurov da iştirak ediblər. Bu da universitetimizin orta məktəblərlə əlaqəsi olduğunun göstəricisidir.

Tədbirdə alman milli musiqisinə tələbələrimizin yaradıcı şəkildə həsr etdiyi rəqs təqdim edilib. Müasir alman yazarlarından hesab olunan Nicole Sunitschin həzin bir şerini 2-ci kurs tələbəsi Əfsanə İbiyev ifa edib.  Alman xalq mahnısı isə Rübabə Abdulqəniyevanın ifasında səsəslənib

Tədbirin sonunda ADU-nun rektor köməkçisi Anar Osmanlı çıxış edib. Anar Osmanlı həm tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə, həm də alman dilində səlis danışmağı öyrədən alman dili müəllimlərinə təşəkkürünü bildirib.

 Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Ulduz Aslanova və  kafedra müdiri Xuraman Əsgərova  da çıxış ediblər.

Tədbirdə iştirak edən tələbələrə Təhsil 1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov və Alman Dili Birliyi adından  sertifikat verilib.