XƏBƏRLƏR

ADU-nun müəlimləri təlimdə iştirak ediblər

14 dekabr, 2023

  Azərbaycan Dillər Universitetinin (ADU)  Təhsil 1 fakültəsi nəzdində İngilis dilinin qrammatikası kafedrasının müəllimləri- Röya Əliyeva, Püstəxanım Yusifova, Kəmalə Məlikli, Aytac Hüseynova və Tahirə Axundova İGP zone tərəfindən təşkil olunan “Strategies and resorces for English language learners” adlı təlimdə iştirak ediblər.

  Kurrikulum inkişaf mütəxəssisi Alun Tomos Emery tərəfindən keçirilən üç saatlıq təlimdə xarici dilin tədrisi zamanı danışıq, oxu, yazı və dinləmə bacarıqlarının inkişaf etdirilməsi üçün faydalı hesab ediləcək mənbələr və materiallar təqdim edilib.

 İnteraktiv keçən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.