XƏBƏRLƏR

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib

14 dekabr, 2023

 Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası  Təhsil - 2 və Tərcümə fakültələrinin tələbələri arasında müasir Azərbaycanın memarı, Ümmummilli lider H.Əliyevin  anadan olmasının 100 illiyinə həsr olunmuş “H. Əliyev – müstəqil Azərbaycanın banisi” adlı şeir müsabiqəsi keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni oxunub, sonra Ulu öndərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Moderator Kamalə Kərimova müsabiqə haqqında ətraflı məlumat verib.

Müsabiqənin münsiflər heyətində adıçəkilən kafedranın müəllimləri- f.f.d., Aygün Məqami, baş müəllimlər Rəfiqə Mürşüdova, Anar Hacıyev, Kamalə Kərimova, Xatirə Qarazadə və Təhsil – 2 fakültəsinin dekan müavini Zoya Əliyeva olublar.

 Təhsil - 2 və Tərcümə fakültəsinin tələbələri Azərbaycan ədəbiyyatının klassik və müasir şairlərini, yeni və müstəqil Azərbaycanın banisi Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər.

Yekun olaraq münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.

Qaliblərə- I yer Xanım Hüseynova (Təhsil - 2, qrup 230a), II yer Ətrabə Yüzbaşova (Tərcümə, qrup 352b), III yer Leyla Süleymanlıya  (Təhsil - 2, qrup 230a) sertifikatlar təqdim olunub.

Həmçinin,  müsabiqənin digər iştirakçılarına və kafedranın “H. Əliyev ili”nə həsr edilmiş öncəki tədbirlərinin fəal iştirakçılarına Fransa nəşri olan kitablar hədiyyə edilib.

Sonda müəllimlər iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıblar.