XƏBƏRLƏR

"Tədqiqat metodları" adlı elmi seminar keçirilib

14 dekabr, 2023

  Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Türkan Abbasovanın təşkilatçılığı ilə "Tədqiqat metodları" adlı elmi seminar keçirilib.

Seminarda Təhsil 2 fakültəsinin 424a, 424b, 421b qrup tələbələri və Təhsil 1 fakültəsinin 3-cü kurs tələbələri iştirak ediblər.

Təlimçi- ADA universitetinin müəllimi İnqilab Şahbazov təhsildə tədqiqatın önəmi, təməl tədqiqat strategiyalarından olan anket sorğu, müsahibə, tədqiqatın prinsipləri haqqında məlumat verib.

İnteraktiv şəkildə davam edən seminarda İnqilab Şahbazov tələbələrin mövzu ilə bağlı suallarını da cavablandırıb.

Sonda sözügedən kafedranın müdiri dosent Günay Şirəliyeva belə seminarların tələbələr üçün faydalı olduğunu deyib, təşəbbüs üçün təlimçiyə təşəkkürünü bildirib.