XƏBƏRLƏR

ADU-nun müəllimi beynəlxalq konfransda məqalə ilə çıxış edib

12 dekabr, 2023

ADU-nun Təhsil 1 fakültəsinin nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti fil.f.d. Gülənbər Pirnəzərova İsveçrədə təşkil edilmiş, 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Qalib xalqın müzəffər lideri İlham Əliyev” adlı beynəlxalq konfransda “Azərbaycan realilər sistemi” adlı məqalə ilə çıxış edib.

Məqalədə dilimizn lüğət tərkibinin milli mədəniyyətimizi əks etdirən leksik vahidləri sistemli şəkildə tədqiq edilmiş, izahlı lüğətdə öz əksini tapmayan, o cümlədən tarixizmlərə çevrilmiş bir çox realilər də yaşlı insanlar arasında sorğu aparılaraq araşdırılmış  və sahələrə bölünmüşdür. Azərbaycan realiləri ilə yaranan idiomlar, atalar sözləri öz sinonimləri ilə birlikdə tədqiq edilmiş, onların Azərbaycan xalqının mədəniyyəti ilə sıx bağlılığı göstərilmiş, dilimizin lüğət tərkibinin zənginləşməsində mühüm rolu qeyd olunub.

G. Pirnəzərova Naxçıvanda, Qazaxda və Bakıda Heydər Əliyevin 100 illik ildönümünə həsr edilmiş beynəlxalq konfranslarda “Azərbaycan dilinin saflığının qorunmasında və inkişafında Heydər Əliyevin rolu”, “Dini mənəvi dəyərlərimiz Heydər Əliyev kəlamlarında”, “Heydər Əliyevin azərbaycançılıq ideologiyasına dair”, “Alman dili dərslərinin interaktiv metodla təşkili” adlı məruzələrlə də çıxış edib.