XƏBƏRLƏR

ADU-da “Horizon Avropa” Proqramı ilə bağlı məlumat günü keçirilib

12 dekabr, 2023

  Dekabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU)  universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribovanın təşəbbüsü ilə Avropa Komissiyası (AK) Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığına Dəstək, Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi istiqamətində məlumat günü keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişafın Planlaşdırılması və İdarəetmə Departamentinin dos. Elşən Əhmədov ADU-nun əməkdaşlarına ətraflı məlumat verib, proqramın universitetə gətirəcəyi layihələrdən söz açıb.